RU

“Bodo Qlimt” - “Qarabağ” oyunu portuqal hakimə tapşırıldı

Futbol üzrə Avropa Liqasında 2024/2025 mövsümünün Liqa mərhələsinin “Bodo Qlimt” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına tapşırıb.

Matçı FIFA referisi Luis Qodinyo idarə edəcək. Ona Rui Teyşeyra və Pedro Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Narsişo yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

Qeyd edək ki, Luis Qodinyo daha əvvəl Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib. 38 yaşlı FIFA referisi ilk dəfə komandalarımızın görüşündə iş başında olacaq. Portuqaliyalı 2016-cı ildən beynəlxalq təyinat alır. O, ölkəsi ilə yanaşı, Yunanıstan, Fransa, Kipr və Səudiyyə Ərəbistanı çempionatlarına da dəvət alır.

Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Избранный
22
arena.az

1Источники