RU

Azərbaycan Kuboku: 2 futbolçu təcavüzkar davranışa görə cəzalandırıldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Karvan” oyunu bitdikdən sonra “Karvan” komandasının 4 nömrəli futbolçusu Kənan Quliyev tərəfindən stadionun infrastrukturuna zərər yetirildiyinə görə Kənan Quliyev 1 oyun cəzalanır, “Karvan” klubu 100 manat cərimə edilir. Stadionun infrastrukturuna vurulmuş zərər “Karvan” klubu tərəfindən ödənilsin (maddə 54.1, 54.2);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Difai” oyununda “Şəfa” komandasında 7 nəfər sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Difai” oyununun 105-ci dəqiqəsində “Şəfa” komandasında 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Şəfa” komandasında 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Difai” oyununda “Difai” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Difai” komandası 200 manat cərimə edilir (maddə 43.1);

saytlarin hazirlanmasi

Избранный
44
2
sportal.az

3Источники