RU

Qaz limi ləğv olunur?

Qaz limiti məsələsi Milli Məclisdə müzakirə olunub. Deputat Əli Məsimli qaz limitinin ləğvi təklifi ilə çıxış edib. O qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələdir, havalar tez soyuduğu üçün bəzi yerlərdə əhali qaz təchizatı problemi ilə üzləşir: 

 

“Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”, - deputat bildirib.

 

Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır:

 

“Bu əsasda qaz limiti məsələsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Birinci mərhələdə dağ kəndlərinə münasibətdə qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”, deyə millət vəkili əlavə edib. 

 

Deputatın təklifini Demokrat.az-a dəyərləndirən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycan vətəndaşı qazı maya dəyərinə almalıdır: “Çünki qaz Azərbaycanın sərvətidir, biz onu xaricdən almırıq. Bir kubmetr qazın hasilatı, daşınması hansı qiymətə başa gəlirsə, o qiymətə də almalıdır əhali onu. Bu, Allahın verdiyi sərvətdir, hökumətin sərvəti deyil. 1000 kubmetr qaz bütün xərcləri ilə bir yerdə uzağı 50-60 manat edir. Kubu düşür 6 qəpiyə, amma ikiqat bahasına verilir əhaliyə, o da limitlə. Limit bitəndən sonra qaz olur 20 qəpik. Dünya bazarında bu gün qazın qiyməti baha ola bilər, amma bunun bizə aidiyyəti olmamalıdır, çünki özümüzün qazı var. 

 

Bütün vətəndaşlar üçün qazın limiti aradan qaldırılmalıdır. Dağ kəndlərinə ümumiyyətlə pulsuz verilməlidir, çünki çox soyuq keçir havalar. Laçın, Kəlbəcər, şimal, qərb rayonlarında. Qazın bölüşdürülməsi üçün qiymət qoyulmalıdır, qəsb etmək üçün yox”.

Tarix: 5 Noyabr 2024, 16:32   
Избранный
7
9
pravda.az

10Источники