RU

Trampın qələbəsinə 1,3 milyard dollar mərc qoyulub, Harrisə isə...

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın bugünkü seçkilərdə qalib gəlməsi ehtimalı 61 faizdir.

Modern.az xəbər verir ki, bunu xarici KİV “Polymarket” bukmeker agentliyinin məlumatlarına əsasən yazıb .

Həmin hesablamalara görə, prezidentlik yarışında Trampın demokrat rəqibi Kamala Harrisin şansı 39 faiz qiymətləndirilir.
 

Ağ Evin keçmiş rəhbərinin qələbəsinə qoyulan mərclərin məbləği təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezident Kamala Harrisin qələbəsinə yatırılan məbləğ isə 808 milyon dollardır.


ABŞ-da 60-cı prezident seçkisi bu gün keçirilir. Amerikalılar prezidenti, vitse-prezidenti, ABŞ Konqresinin Senatının üçdə birini və bütün Nümayəndələr Palatasını, həmçinin 11 ştat və 2 ərazinin qubernatorlarını seçəcəklər.
 

Donald Trampın özü də seçkidə parlaq qələbə çalacağını bildirib. Amerika mediası onun sözlərini sitat gətirib: "Bu, bu ölkənin ən böyük siyasi qələbəsi olacaq".

Bir neçə saat əvvəl Miçiqan ştatının Qrand Rapids şəhərindəki çıxışında Tramp demişdi ki, Demokratların namizədi Kamala Harris qalib gəlsə, Birləşmiş Ştatlar “dörd illik əzab, səhvlər və fəlakətlər”lə üzləşəcək. O, digər ölkələrə tariflər tətbiq etmək və qeyri-qanuni mühacirlərə qarşı sərt tədbirlər görmək kimi əsas kampaniya vədlərini təkrarlamışdı.

Tramp Harris haqqında da təhqiramiz ifadələr işlətmişdi.

Избранный
35
50
modern.az

10Источники