RU

Türkiyə dünyada bu məhsulun əsas satıcısıdır - RƏQƏMLƏR

Türkiyə dünyada satılan quru üzümün əsas ixracatçısıdır.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyada satılan toxumsuz kişmişin 20 faizini Türkiyə təmin edir.

 

Ümumilikdə, dünyada 1 milyon 157 min ton toxumsuz kişmiş istehsal edilir. Bunun 236 min tonu Türkiyədə istehsal olunur. ABŞ 202 min 565 ton istehsalla ikinci, Çin isə 185 min ton toxumsuz kişmiş istehsalı ilə üçüncü yerdədir.

 

Hindistan 145 min ton, İran 160 min ton, Cənubi Afrika 73 min 500 ton, Çili 56 min ton, Argentina 48 min 400 ton, Özbəkistan 40 min ton, Avstraliya 10 min 725 ton kişmiş istehsal edir.

 

Dünyada quru üzümün 20 faizini Türkiyə istehsal etsə də, ixrac edilən quru üzümün 30 faizini Türkiyə satır. 2024-cü ildə dünya miqyasında 600 min ton quru üzümün ixrac ediləcəyi gözlənilir ki, bunun da 176 min tonunu Türkiyə satacaq.

 

Vasif

Sfera.az

 

 

Избранный
39
2
sfera.az

3Источники