RU

Azərbaycanın estetik cərrahiyyə sahəsi ilə bağlı şokedici İDDİA – SN 30 min RÜŞVƏT ALIB

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “Instagram” hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları və Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.

Yenicag.az xəbər verir ki, iddialara görə, bu şəxslər Səhiyyə Nazirliyinə 30 min manat rüşvət verərək bir gecədə ixtisas dəyişdiriblər.

Q. Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını da əlavə edib.

Qeyd edək ki, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz, amma jurnalistin iddiasına görə, təqdim olunan siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.

Jurnalistin paylaşdığı sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazir müavini İlqar Qasımovdur.

Xatırladaq ki, siyahıda adı çəkilən plastik cərrahların çoxu sosial şəbəkələrdə tanınılır. Onların fantastik qiymətlərlə cərrahiyə əməliyyatları həyata keçirdiyi bildirilir.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova
Samir Məcidov

Избранный
48
yenicag.az

1Источники