RU

50 il sonra doğuşda dəyişdirildiklərini öyrəndilər

DNT testi iki qadını 50 il əvvəl doğuş zamanı dəyişdirdiklərini aşkarlayıb.

İngiltərə Milli Səhiyyə Xidməti (NHS) 1967-ci ildə İngiltərədə eyni xəstəxanada doğulan iki qadının yanlış ailələrə göndərildiyini təsdiqləyib. 

"Cebheinfo.az" xəbər verir ki, BBC-nin məlumatına görə, bu şokedici kəşf 2021-ci ilin Milad günündə, Toni adlı bir adamın evində DNT test dəsti alması ilə başladı. DNT testi nəticəsində Toni "Claire" təxəllüsündən istifadə edən bir qadının bacısı olduğunu öyrənib. Claire isə daha əvvəl götürdüyü DNT testi nəticələrinə görə ailəsi ilə doğulduğu yer arasında heç bir əlaqənin olmadığını anlamışdı və sual işarələri yaşayırdı. Tony və Claire arasındakı mesajlar ümumi bir həqiqəti ortaya qoydu: 

Toninin bacısı Jessica və Claire təxminən 55 il əvvəl eyni xəstəxanada anadan olublar. Onlar qeydləri müqayisə etdikcə, doğuş zamanı bəzi çaşqınlıqların olduğuna daha çox əmin oldular.

Claire şübhəli bioloji ailəsi ilə görüşmək qərarına gəldi və Tony'nin anası Coanın evinə getdi. Claire Joanı görəndə gözlərinin oxşarlığına heyran olub: "Aman Allahım, sənin gözlərin məndə də var! Doğru hiss etdim".

NHS əvvəlcə körpələrin səhv ailələrə verilməsi ilə bağlı heç bir qeyd olmadığını söylədi. Lakin Claire vəTony doğum etdikləri xəstəxanaya gəldikdən sonra NHS qərarı dəyişikliyi "dəhşətli səhv" hesab etdi. Hadisə ilə bağlı hüquqi məsuliyyət və təzminatla bağlı danışıqların davam etdiyi bildirilib. 

Избранный
18
cebheinfo.az

1Источники