Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.
Azərbaycanın müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.
İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */