RU

Almaniya kansleri Bakıya gəlir - ilk dəfə

Almaniya kansleri Olaf Şolts Azərbaycana səfər edəcək.

Modern.az "Euronews" nəşrinə istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak edəcək.

Səfərin gələn həftə baş tutacağı qeyd olunur. Bu, Şoltsun kansler seçilməsindən sonra Bakıya ilk səfəri olacaq.

Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.

Qeyd edək ki, COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.

"Cebheinfo.az"

Избранный
19
30
cebheinfo.az

10Источники