RU

Mask Rusiyaya kömək edib - TƏFƏRRÜAT

ABŞ-li milyarder Elon Mask şəxsən Ukraynanın Krıma hücumunun qarşısını almağa kömək edib.

Azreform.info xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti yazıb. Nəşrin məlumatına əsasən, Elon Mask “Starlink”in harada və nə vaxt fəaliyyət göstərəcəyini fərdi qaydada müəyyənləşdirmək hüququna malikdir və bu, xüsusilə Ukrayna ilə bağlı vəziyyətdə özünü göstərir.

Qeyd olunub ki, başlanğıcda iş adamı Kiyevə dəstək verərək onu minlərlə peyk terminalı ilə təmin etsə də, sonradan mövqeyi dəyişib.

Mask Starlink peyk internet xidmətini Ukraynadakı münaqişə ilə əlaqədar bəzi bölgələrdə məhdudlaşdırdı. Bunun əsas səbəbi, Starlink xidmətinin hərbi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq idi. Mask isə açıqlamasında Starlink-in mülki və humanitar məqsədlər üçün nəzərdə tutulduğunu bəyan etmişdi.(musavat.com)

Избранный
35
5
azreform.info

6Источники