RU

NASA 50 ildən sonra Aya qayıdır

NASA Aya qayıtmaq üçün işləri intensivləşdirib.

Gundem.az xəbər verir ki, NASA Artemis III missiyası çərçivəsində 50 ildən sonra Ayda astronavtların enəcəyi 9 bölgə müəyyən edib. Missiyaya görə, astronavtlar 50 ildən sonra Ayın səthinə çıxacaqlar. "Aydan Marsa" proqramının direktor müavini Lakiesha Havkins bildirib ki, Artemis layihəsi bəşəriyyəti yenidən Aya aparacaq və araşdırılmamış bölgələri tədqiq edəcək. NASA enişin Ayın cənub qütbünə yaxın bölgələrə olmasını müəyyən edib. Ərazilərin seçilməsi üçün aparılan araşdırmalar zamanı “Lunar Reconnaissance Orbiter” kosmik gəmisindən və müxtəlif tədqiqat məlumatlarından istifadə edilib.

Qeyd edək ki, Ayın cənub qütbündə daha əvvəl astronavtlar tərəfindən tədqiq edilməmiş ərazilər var.

Избранный
25
1
gundem.az

5Источники