RU

Kərəm Aktürkoğludan Portuqaliyada

Türkiyə millisinin və "Benfika"nın futbolçusu Kərəm Aktürkoğlu yeni uğura imza atıb.Metbuat.az xəbər verir ki, "Qalatasaray"dan transfer olunan istedadlı futbolçu ayın ən yaxşı futbolçusu adına layiq görülüb.Belə ki, Kərəm Aktürkoğlu Portuqaliya Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı hücumçusu seçilib. 25 yaşlı futbolçu "Sportinq"dən Gyökeres və "Porto"dan Samu kimi rəqiblərini geridə qoymağı bacarıb.

"Benfika" forması ilə bu mövsüm 9 oyuna çıxan Kərəm 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
48
metbuat.az

1Источники