RU

“Fənər”in daha bir sabiq üzvü hücuma məruz qaldı

“Fənərbaxça”nın sabiq futbolçuları son vaxtlar üzücü hadisələrlə üzləşir. Bir müddət öncə Sərhat Akın qatıldığı bir verilişdən çıxarkən ayağından güllələnmişdi.

3 dəfə əməliyyat keçirən Akın hələ də xəstəxanadadı. İndi də “Fənər”in daha bir sabiq üzvü Semih Şəntürk hücuma məruz qalıb. Düzdü, o, Sərhatdan fərqli güllələnməyib və yalnız soyğunçuların hücumuna məruz qalıb. Hadisə oktyabrın 31-də Barselonada baş verib. Türkiyə mətbuatının iddiasına görə Semih inşası davam edən yeni “Nou Kamp” stadionunun ətrafında dayanaraq telefonu ilə şəkil çəkdikdən sonra həyat yoldaşı və dostlari ilə birlikdə taksiyə əyləşmək üzrə imiş. Məhz həmin məqamda onlara naməlum şəxslər yaxınlaşıb. Həmin şəxslər əvvəlcə Semihin əlindəki çantanı oğurlamağa çalışsalar da, bunu həyata keçirə bilməyiblər. Ancaq onlar Şəntürkün qolundakı saatı oğurlamağa və hadisə yerindən qaçmağa müvəffəq olublar.

Bu xəbəri Semihin həyat yoldaşı Pınar Şəntürk də təsdiqləyib. Qeyd edək ki, AÇ-2008-in qəhrəmanlarından biri olan və həmin turnirdə vurduğu önəmli qollarla yaddaşlarda iz buraxan Şəntürk son dönəmdə “Fənərbaxça”nın akademiyasında çalışırdı. O ötən ilin iyulunda “Fənər”in U-19 komandasının başına gətirilmiş və bu ilin sentyabrında işindən ayrılmışdı.

Избранный
35
football-plus.az

1Источники