RU

Quran kitabını yandıran siyasətçiyə cəza verildi - 4 aylıq həbs

Danimarkanın ifrat sağçı siyasətçi Rasmus Paludan həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Rasmus Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində Quranı yandırmaqda və müsəlmanları təhqir etməkdə ittiham olunub.

İsveç dövlət televiziyası SVT-yə danışan Paludan qərara etiraz edəcəyini deyib: "Təbii ki, bu hökmlə razılaşa bilmərəm. Yuxarı məhkəmə istansiyasına şiakyət edəcəyəm".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Избранный
30
mia.az

1Источники