RU

Dəfələrlə Quran yandıran şəxsin cəzası bəlli oldu

İsveç məhkəməsi dəfələrlə Quran yandıran sağçı ekstremist "Sərt kurs" partiyasının lideri Rasmus Paludanı ictimaiyyət arasında nifrəti qızışdırdığına görə dörd aylıq həbs cəzasına məhkum edib.

Oxu.Az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

İttiham Paludanın 2022-ci ilin aprel və sentyabr aylarında Malmödə "Quranyandırma aksiyaları"nda verdiyi açıqlamalarla bağlıdır. Məhkəmənin fikrincə, siyasətçi müsəlmanlar da daxil olmaqla, insanlara hörmətsizlik ifadə edib və onun hərəkətlərinə İslamın tənqidi və ya siyasi seçki ritorikası ilə bəraət qazandırmaq olmaz. Söhbət həm sağçı radikalın müsəlmanlarla bağlı açıqlamalarından, həm də Quranın yandırılması faktından gedir.

"Sərt kurs"un lideri məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Избранный
41
4
musavat.com

4Источники