Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Keyt Middlton yenidən məşqlərə başlayıb.
Reyting.az bildirir ki, bu barədə “Hello” nəşri məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya kralının gəlini şahzadə Keyt Middlton 7-8 ay aldığı kimyaterapiyadan sonra idman zalına qayıdıb. “Başa düşdüyümüz qədər, Keyt yaxşı formadadır. O, yenidən idman zalına qayıdıb və istədiyi bütün hərəkətləri edir”, - nəşrin insayderi bildirib.