RU

Bakı metrosunda PROBLEM - QR-kodlar işləmədi

Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.

Məsələ ilə bağlı sərnişinlər məlumat veriblər.

Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.

Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Mənbə: oxu.az

Избранный
77
8
oxu.az

9Источники