RU

ABŞ-da keçirilən prezident seçkiləri tarixin ən bahalı seçkisi olub

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə, ümumilikdə 3,5 milyard dollar xərcləyiblər.

FED.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” (FT) qəzetinin hesablamalarına görə, bu, ABŞ tarixindəki ən bahalı prezident seçkiləri olub.

Nəşrin verdiyi məlumata əsasən, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplayıb və bunun 1,9 milyard dollarını kampaniya xərclərinə yönəldib.

Ağ Evin sabiq rəhbəri, Donald Tramp isə 1,8 milyard dollar toplayıb və bu məbləğin yarısından çoxunu seçki kampaniyasına xərcləyib. (Trend)

Избранный
3
8
fed.az

10Источники