RU

"Bu "cərrahları" ancaq cibləri maraqlandırır"- Tanınmış həkimdən ETİRAZ

Son günlər ictimai fikri məşğul edən məsələlərdən bir də ölkədə 50-ə yaxın saxta plastik cərrahın aşkar edilməsidir. Bu olduqca ciddi və narahatedici faktdır. Deməli, bu qədər adam pula görə insanların qəsdinə dayanıb. Onları xəstələrin sonrakı taleyi yox, cibləri maraqlandırır.

Mövzu ilə bağlı News365.az–a danışan tanınmış pediatr Vaqif Qarayev deyib ki, belə xəbər paylaşılır:

“Səhiyyə Nazirliyi rəsmisi də bildirib ki, “bu məsələ daim nəzarətdədir, faktlar yoxlanılır, ixtisas uyğunluğu olmayanlara qadağa qoyulur”...

Doğrusu mən təəccüblənmədim. Tələb varsa, özünü təklif edənlər də olacaq. Sadəcə, hara, kimə, niyə getdiyini dəqiqləşdirməlidi insanlarımız. Ona görə ki, sonradan "məni şikəst elədi" deyib hər yerə şikayət etməsinlər.

O gün hörmətli kardioloqumuz Üzeyir Rəhimovun efirdə "damar açan" xanımla mübahisəsi rastıma çıxdı. Xanım “mən ürək damarlarını açıram” deyib durdu. Amma izahını verə bilmədi. Minlərlə xəstəyə yardım edibmiş sən demə… Bununla hara gedirik, bilmirəm”.

News365.az

Избранный
48
news365.az

1Источники