RU

ABŞ-da 2024-cü il prezident seçkilərinin tarixin ən bahalı seçkisi olduğu açıqlanıb

2024-cü il seçkiləri ABŞ tarixində ən bahalı seçkidir və Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratik rəqibi Kamala Harrisin seçki kampaniyalarına ümumilikdə 3,5 milyard dollar xərcləyib.

Editor.az bu barədə “Financial Times”ın apardığı təhlilə istinadla xəbər verir.

“Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp Ağ Ev yarışına ümumilikdə 3,5 milyard dollar xərcləyərək 2024-cü il prezidentlik yarışını ABŞ tarixində ən bahalı ümumi seçkiyə çevirdilər”,- deyə Financial Times yazıb. Sözügedən təhlildə partiya komitələri və digər qrupların səyləri nəzərə alındıqda seçki yarışı üçün ümumilikdə 4,2 milyard dollar vəsaitin toplandığı bildirilib. Harrisin komandası 2,3 milyard dollarla Trampdan daha çox pul toplaya bilib. Tramp və komandası 1,8 milyard dollar toplaya bilib. Demokratların qərargahı seçki kampaniyasına 1,9 milyard dollardan çox, Respublikaçılar isə 1,6 milyard dollar xərcləyib.

Bildirilib ki, seçkiqabağı təşviqat kampaniyalarına xərclənən bütün təşviqat vəsaitlərinin təxminən yarısı reklam və mediaya xərclənib.

//Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники