Yazını böyüt
Yazını kiçilt
Özbəkistanda bir gəncin TikTok-da 100 min bəyənmə üçün atasını vuracağını deməsinin əks olunduğu video sosial şəbəkələrdə yayılıb. Bu işlə bağlı toplanmış sənədlərə cinayət işləri üzrə Çirçik şəhər məhkəməsində baxılıb.
Hafta.az-ın yazdığına görə, videonu TikTok platformasına yerləşdirən gənc 200 min bəyənmə toplasa, atasını qocalar evinə göndərəcəyini bildirib.
Video noyabrın 1-də çəkilib. 24 yaşlı oğlan videonu zarafat kimi çəkdiyini və gözlənilmədən internetə yayıldığını bildirib.
O, İnzibati Xətalar Məcəlləsinin 183-cü (xırda xuliqanlıq) maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, 15 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib.