RU

“Azərbaycan ilə sülh müqaviləsi imzalandıqdan sonra Ankara və İrəvan arasında münasibətlər normallaşacaq” - Hakan Fidan

“Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsinin mühüm elementi hesab edir.

“Ankara Bakı və İrəvan arasında razılıqların əldə edilməsinə maksimum dəstək verir. Biz iki ölkə arasında yaxınlaşmanı görməkdən məmnunuq. Sərhədlərin delimitasiyası ilə bağlı son razılaşma iki ölkə arasında irəliləyişin yaxşı nümunəsidir", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
18
17
missiya.az

10Источники