Rusiya silahlı qüvvələri Zaporojyedə cəbhənin Vremev istiqamətində aktiv əməliyyatlara başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin əsgərləri irəliləyiblər. Əvvəllər onlar cənub istiqamətindən, Urojaynı və Staromayorskidən Makarovkaya qədər irəliləyirdilər, lakin indi hücum şərqdən, Şaxtyorski və Zolotoy Nivadan başlayıb.
Bildirilir ki, Rusiya ordusunun bu sahədə əsas vəzifəsi Ukrayna silahlı qüvvələrinin Vremevka və Velika Novoselka kəndlərində cəmləşmiş logistika mərkəzini ələ keçirməkdir. /modern.az/