"Sportinq"in baş məşqçisi Ruben Amorim Çempionlar Liqasında "Mançester Siti" üzərində qazanılan böyük hesablı qələbəni (4:1) şərh edib.
Publika.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 39 yaşlı mütəxəssis bu sözləri deyib:
“Daha yaxşı ola bilməzdi. Bu gün bəxtimiz gətirdi. Bizim üçün çox çətin ilk hissə oldu. Topa sahib olmadığımız anlarda əsəblər çox idi, amma fasiləyə yaxın ilk qolu vuran kimi oyunu düzəltdik.
Təbii ki, ikinci hissənin əvvəlində vurulan iki qol da çox kömək etdi. Atmosfer inanılmaz idi. Düşünürəm ki, mənim vidalaşmam belə olmalı idi”.