RU

“Bir güclü sancı hiss etdim, həkimlər mənə xəbərdarlıq elədi”

“Əl-Hilal”ın hücumçusu Neymar Asiya Çempionlar Liqası matçında zədələndikdən sonra açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bir sancı hiss etdiyini bildirib:

“Bir sancı hiss etdim, amma çox güclü idi. İndi test edəcəm və ümid edirəm ki, ciddi bir şey yoxdur.

Bu, normaldır, bir il oynamadan sonra baş verir. Həkimlər mənə xəbərdarlıq etdilər. Mən diqqətli olmalı və daha çox oynamalıyam”.

Neymar “İstiqlal”la matçda ikinci hissədə əvəzetmədən meydana çıxsa da, yarım saat belə oynamadan əvəzlənib.

31 yaşlı forvard 2023-cü ilin oktyabrından çarpaz bağın yırtılması səbəbindən meydana çıxmamışdı.

Избранный
31
sportinfo.az

1Источники