ABŞ-də prezidentlik yarışı sona çatdığı bir vaxtda Demokratların namizədi Kamala Harrisin bu axşam çıxış etməyəcəyi açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Kamala Harrisin çıxış etməyəcəyini onun kampaniya meneceri Sedrik Riçmond deyib.
"Hələ sayılacaq səslər, nəticələri açıqlanmayan ştatlar var", - deyə Riçmond bildirib.