RU

Tarixin ən bahalı seçkisi oldu

ABŞ-da prezidentliyə namizədlər olan Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə maddi vəsait; 3,5 milyard dollar xərcləyiblər.

Titul.az APA-ya istinadən bildirir ki, Böyük Britaniyanın "Financial Times" (FT) qəzetinin hesablamalarına görə, bu, ABŞ tarixində ən bahalı prezident seçkiləridir.

Nəşrin qeyd etdiyi kimi, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplaya bilib ki, bunun da 1,9 milyard dollarını kampaniyaya xərcləyib.

Ağ Evin sabiq rəhbəri isə 1,8 milyard dollar toplayıb və bu vəsaitin yarıdan çoxunu kampaniya zamanı xərcləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
3
8
titul.az

10Источники