RU

Tarixinə sahibi çıxan xalq məğlubedilməzdir



Azərbaycan xalqının mübarizlik simvoluna çevrilən Qarabağ müharibəsi xalqımızın məğrurluğunu, Ordumuzun yenilməzliyini və ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Newscenter.az xəbər verir ki, bunu ictimai fəal Xəyal Məmmədəliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar, tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı tarix və qəhrəmanlıq salnaməsi yazaraq bizi əbədi və əzəli Azərbaycan torpaqlarına qovuşdurdu. Bu gün işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda şanlı bayrağımız dalğalanır və əbədi dalğalanacaq. Bu qürurlu günü xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik".

Anar Əliyev
Избранный
11
newscenter.az

1Источники