RU

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə ödənişlər kəskin artıb

Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər isə kəskin artıb.

Fins.az xəbər verir ki, bu məlumat Mərkəzi Bankın hesabatı əsasında hazırlanıb. 2024-cü ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 844 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 66 min manat və ya 7% azalma deməkdir. Keçən ilin yanvar-sentyabr aylarında bu göstərici 910 min manat idi.

Bu dövrdə icbari sığorta ödənişləri isə 105 min manat təşkil edib və bu, illik müqayisədə 88 min manat və ya 6,5 dəfə çoxdur. 2023-cü ilin müvafiq dövründə sığorta ödənişləri cəmi 16 min manat idi.

Hesabat dövründə zərərlilik göstəricisi 12% olub, halbuki ötən ilin eyni dövründə bu göstərici cəmi 2% təşkil edirdi.

Fuad Mədətov
Fins.az

Избранный
30
2
fins.az

10Источники