RU

Tramp 2020-də Bakıya mane olmadı, indi isə… – Deputat

ABŞ-da güclü erməni diasporu, həm də xristian həmrəyliyindən çıxış edən böyük mərkəzlər var. Ona görə Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə nə respublikaçılar, nə də demokratlar onları işğalçı kimi tanıdı. Bütün dövrlərdə ABŞ Qarabağdakı işğalçı, əli qanlı separatçı rejimin liderlərini açıq və dolayısı yolla dəstəklədi, onlara humanitar kömək adı altında maliyyə yardımı ayırdı, o cümlədən işğalçı Ermənistana. Trampın prezidentliyi dövründə biz işğala son qoyduq. Bu baxımdan Harrisdənsə, onun seçilməsi bizim üçün daha əlverişlidir.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-da keçirilən seçkilərdə respublikaçı Donald Trampın qalib gəlməsini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Trampın yaxından tanıdığı və münasibətlərdə olduğu azərbaycanlılar, bizimlə dostluq edən yəhudi diasporunun nümayəndələri var ki, bu da onun qərarlarına təsirsiz olmayacaq:

“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil və digər güc mərkəzləri ilə hesablaşmalıdır. O, seçkidə verdiyi vədlərin 20%-ni də yerinə yetirə bilməyəcək, amma ən azından Ukraynada savaşı dayandırmağa cəhd edəcək. O, bilərəkdən özünü dəlisov siyasətçi adlandırır, özünü Putinə oxşatmağa, onun kimi görünməyə çalışır, çünki dünya liderlərinin Putindən necə qorxduğunu görür. Azərbaycana münasibətə gəldikdə o, bizi ədalətsiz sülhə, Qarabağ ermənilərini birtərəfli qaydada Qarabağa qaytarmağa məcbur edə bilməz”.

Избранный
15
4
turkustan.az

3Источники