RU

"Azərbaycana sənəd deyil, nəticə lazımdır" - Tofiq Zülfüqarov

“Azərbaycanla Ermənistan arasında sülhün hansı formada imzalanması amili önəmlidir. Dövlətin mövqeyini əks etdirən sülhün olması əsas şərtdir. Azərbaycanın Ermənistan Konstitusiyasında əksini tapmış əsassız ərazi iddialarının məhz referendum yolu ilə aradan qaldırılması tələbi buna hesablanıb. Bakı davamlı sülh istəyir. Ona görə də əsaslı bir sülh müqaviləsinin imzalanmasına ehtiyac var”.

Bakupost.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, vaxtilə Ermənistan keçmiş sovet ittifaqının mövcud konstitusiyasını və beynəlxalq qanunları kobud şəkildə tapdalayaraq Azərbaycan ərazilərini işğal edib. Daha sonra İrəvan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə belə əhəmiyyət verməyib. Bütün bu faktlar göstərir ki, Azərbaycana sənəd deyil, nəticə lazımdır:

“İrəvan sülhə yanaşmada öz iddialarının bir hissəsini kənara qoymayıb. Çünki Ermənistanın siyasi elitası hələ də köhnə ab-havadan çıxa bilmir. Onlar yenə də Qarabağ iddiası, orada yaşamış ermənilərin geri qayıdışı və beynəlxalq qurumların nəzarət mexanizmləri kimi absurd məsələlərdən danışır. Hətta iddia edirlər ki, güclənib revanşa qalxmaq üçün imkan əldə edəcəklər. Erməni cəmiyyətində belə yanlış ideyalara son qoyulmalıdır”.

Sevinc,
BakuPost
Избранный
20
bakupost.az

1Источники