RU

Hüseyn Hüseynov: “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində iqtisadiyyat hər il 3-4 faiz artacaq

“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-i isə illik orta hesabla 5 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib.

O qeyd edib ki, özəl sektorun iqtisadiyyatda payı 88 faizə çatdırılacaq.

“Eyni zamanda, strategiyanın icrası nəticəsində ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12 faizdən 12,3 faizə artırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25 faizdən 15 faizədək azalacaqdır. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 faiz (regionlarda 10 faiz) təşkil edəcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 faizə çatdırılacaq”, - deyə şöbə müdiri əlavə edib.

Избранный
54
xalqqazeti.az

1Источники