RU

"İndi regionda karbon vergisi tətbiq edən ölkə yoxdur"

İndi regionda karbon vergisi tətbiq edən ölkə yoxdur. 

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsi rəisinin müavini Oqtay Yaqubov "Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti" mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib.

"Sadəcə ETS sisteminin tətbiqi Qazaxıstanda həyata keçirilib. Türkiyə bu məsələ üzərində ciddi işləyir və gələn ildən pilot layihə kimi ETS sisteminin tətbiqinə başlayacaq. Avropa regionunda isə karbon vergisi və ETS sisteminin tətbiqi 1990-cı illərdən başlayıb. 89 ölkədə karbon vergisi tətbiq olunur. Ən yüksək məbləğdə karbon vergisi tətbiq edən ölkə İsveçrədədir. İsveçrədə karbon vergisi 1 ton üçün 122 avro təşkil edir. Norveçdə bu məbləğ 99 avro təşkil edir, üçüncü sırada isə Finlandiya gəlir və 1 ton üçün olan vergi məbləği 93 avrodur."- deyə o öz çıxışında məlumat verib.

Избранный
21
fed.az

1Источники