RU

Elariz ABŞ-dakı seçkilərə getdi, amma səs verə bilmədi

Müğənni Elariz Məmmədoğlu da xanımı ilə birgə ABŞ-da keçirilən prezident seçkilərinə gedib.

 

Bu barədə müğənni sosial şəbəkədə paylaşdığı videoda qeyd edib.

 

"Günəşli bir Amerika günü. 5 noyabr 2024-cü il. Bu gün xanımımla birgə səsverməyə gedirik. Lakin mən səs verməyəcəm, çünki Amerika vətəndaşlığım yoxdur. Amma xanımım artıq Amerika vətəndaşı olduğu üçün səs verəcək. Görək, necə olur",-deyə müğənni qeyd edib.

 

Xatırladaq ki, illər əvvəl Elariz Məmmədoğlunun xanımı “Green card” udub. Bundan sonra müğənni ailəsi ilə birgə okeanın o tayına, Amerikaya köçüb. 

 

Musavat.com

Tarix: 6 Noyabr 2024, 13:04   
Избранный
23
8
pravda.az

9Источники