ABŞ-də seçki həyəcanı yaşanarkən, Missuri ştatında daşqınlar nəticəsində ikisi seçki məntəqəsinin işçisi olmaqla, beş nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Missuri ştatı seçki günü sel sularının təsirinə məruz qalıb.
Ötən gün Missuri ştatının bəzi yerlərində geniş daşqınlar baş verib.
Missuri ştatının Rayt qraflığında 70 yaşlı kişi və 73 yaşlı qadın sel sularının apardığı avtomobildə həlak olub.
Əyalət polisi bildirib ki, cütlüyün cəsədləri dörd saatdan çox sonra tapılıb.
Rayt dairəsinin seçki rəsmisi Loni Pedersen ölənlər arasında seçki rəsmiləri olduğunu təsdiqləyib.
Yanğınsöndürmə briqadaları sel sularında qalmış avtomobillərdən 10 nəfəri xilas etdiklərini bildiriblər.