“Sportinq”ə hörmətlə yanaşıram. Viktor Qyokereş mövsümün sonuna qədər bu klubda qalmalıdır”.
İdman.biz xəbər verir ki, bunu Portuqaliyanın "Sportinq” klubunun baş məşqçisi Ruben Amorim deyib.
Bu postda son ev oyununa çıxan mütəxəssis “Mançester Siti” ilə Çempionlar Liqasının görüşündən sonra Viktor Qyokereş barədə fikirlərini bildirib. Noyabrın 11-dən “Mançester Yunayted”in baş məşqçi kimi işinə başlayacaq Amorim isveçli hücumçunu yanvarda yanına aparmayacağını bildirib: “Sonra Viktor hara isə gedə bilər. Mən Qyokereşin “Mançester Yunayted”ə keçidi ilə bağlı zarafat etməyəcəyəm. Bu, mənim komandamdır, mənim şəhərimdir. Bunu unudun. Viktor “Sportinq”də qalmağa və iyunda titul qazanmağa layiqdir”.
Amorim “Mançester Yunayted”ə keçidi ərəfəsində “Mançester Siti” üzərində qələbənin şişirdilməsinə də əhəmiyyət vermədiyini bildirib: “Bunun xüsusi əhəmiyyəti yoxdur. Nəticə çıxarmağa dəyməz. Biz bir vəziyyəti digərinə keçirə bilmərik. “Mançester Yunayted” biz oynadığımız kimi oynaya bilməz və uyğunlaşmaq lazım gələcək”.
Qeyd edək ki, “Sportinq” ev oyununda 4:1 hesablı qələbə qazanıb.
İdman.biz