RU

Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci iş günü başa çatıb

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci iş günü başa çatıb.

Olaylar-ın məlumatına görə, Tolerantlıq va Sülh ugrunda Qlobal Suranın sədri Ahmed Mohamed Aljarwan Alshamsi Dini Liderlərin Bakı Qlobal Sammitində çıxışı zamanı deyib ki, növbəti fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə qüvvələr birləşdirilməlidir.

"Biz bütün maraqlı tərəfləri birliyə çağırmaq üçün dərhal hərəkətə keçməliyik. Təcavüz və zorakılıq aktları sülh uğrunda mübarizədə birləşməyi tələb edir. Biz əməkdaşlığa çağırırıq: dini liderlərin sözləri birləşdikdə, onlar tolerantlıq və qarşılıqlı anlaşma əsasında sülhün möhkəmlənməsinə töhfə verə bilərlər.

Daha sonra Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Mehmet Akkan Suver Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə qeyd edib ki, dünya ekoloji fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə COP29-u insanlığın gələcəyinə bir çağırış kimi qəbul edirik.

"Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm də xaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şərait yaradacağına inanıram", - deyə o qeyd edib.

Türk Dövlətləri Təşkilatının (TDT) layihə direktoru Ersin Aydoğan Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci günündə keçirilən panel müzakirəsində deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) dini və ekoloji mövzuları birləşdirəcək yeni platforma yaratmaq üzərində işləməyi planlaşdırır.

"Türk Dövlətləri Təşkilatı ölkələrinin ekologiya nazirlərinin ilk dəfə bu ay bir araya gələcəyini xatırladaraq, yeni əməkdaşlıq sahəsini - iqlimi müəyyənləşdiriblər. Bu Ümumdünya Dini Liderlər Forumundan ilhamlanaraq, biz dini və ekoloji mövzuları bir araya gətirəcək yeni platforma yaratmağa çalışacağıq", - deyə o əlavə edib.

Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Əbdülsəməd Əl-Yezidi isə əlavə edib ki, iqlim dəyişikliyi istiqamətində dini liderlər arasında inteqrativ mübasibətlərə ehtiyac var.

"Sammit ərzində bir çox dini təlimlərin nümayəndələrinin fikirlərini dinlədik. Bu fürsəti yaratdığına görə, Azərbaycana təşəkkür edirik. Təkcə ekologiyanın qorunması üçün deyil, ümumən, gələcəyimiz üçün Dini Liderlərin Qlobal Sammiti tipli platformalara dəstək olmalıyıq",- deyə o qeyd edib.

Bundan başqa, İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin sədri Nabil Haddad Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci günündə qeyd edib ki, bu sammit imkan verir ki, öz mesajlarımızı dünyaya çatdıraq.

"Bu gün təbiətimiz müharibələrdən çox əziyyət çəkir. Torpağa çiçək əvəzinə mina əkirlər. Biz din xadimləri olaraq səylərimizi birləşdirməliyik ki, təbiətimizi qoruyaq. Biz Bakıdan çağırış edirik. Səmadakı kimi yerdə də əminamanlıqlmalıdır", - deyə o əlavə edib.

Dini Liderlərin Bakı Qlobal Sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məsələyə münasibət bildirərkən qeyd edib ki, dünyada qəbul edilən qərarlarda din xadimlərinin iştirakı vacib məsələdir.

"Həmin şurada dünyanın müxtəlif ölkələrindən din xadimləri təmsil olunacaq. Məqsəd odur ki, din xadimləri dünyada qəbul edilən qərarlarda iştirak etsinlər. Misal üçün BMT-də və ya digər beynəlxalq təşkilatlarda qəbul edilən qərarlarda din xadimlərinin rəyinin nəzərə alınması önəmli amildir", - deyə o əlavə edib.

Əlavə edək ki, Sammit çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları COP29 iştirakçılarına müraciət ünvanlayıblar.

Daha sonra isə, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники