RU

"Rusiya ilə ABŞ arasında münasibətlər yaxşı deyil" - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin Vladimir Putin Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməsə, Rusiya ilə ABŞ arasında münasibətlər pisləşəcəkmi sualını cavablandırıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, ölkələr arasında münasibətlər hazırda ən aşağı nöqtədədir və onların gələcəyi ABŞ-nin yeni rəhbərliyindən asılı olacaq.

"Putin dəfələrlə ədalət, bərabərlik və bir-birinin narahatlıqlarını nəzərə almağa hazır olan konstruktiv dialoqa açıq olduğunu təkrarlayıb. Prezident Putin öz mövqeyini saxlayır. O, bunu bir neçə dəfə təsdiqləyib. Hazırda  ABŞ administrasiyası diametral şəkildə əks mövqe nümayiş etdirir. Yanvarda nə olacağını görəcəyik", - deyə Peskov izah edib. 

Bundan əvvəl Peskov jurnalistlərə deyib ki, Putinin Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etmək planlarından xəbərsizdir.

Noyabrın 6-da ABŞ-də prezident seçkilərində səsvermə başa çatıb. Bu posta Ağ Evin keçmiş rəhbəri, Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasından hazırkı vitse-prezident Kamala Harris mübarizə aparıb. Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır. "Fox News"un məlumatına görə, Tramp artıq 277 səs toplayıb. 

Gülayə Mecid 

Избранный
38
49
unikal.az

10Источники