RU

"BMW"- nin gəliri 16% azalıb

Almaniyanın avtomobil şirkəti olan "BMW" nin gəliri 16% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Belə ki, "BMW" 2024-cü ilin üçüncü rübündə gəlirində 16% azalma qeydə alınıb. Bu isə bazar proqnozundan aşağı sevviyyə olub.

Məlumatda qeyd olunub ki, "BMW"-nin gəlirinin azalmasına səbəb bir sıra avtomobil modellərinin geri çağırılması və Çində tələbin zəifləməsi olub.

Şirkətin iyul-sentyabr aylarında gəliri 32,41 milyard avro olub. Ötən ilin eyni dövründə isə bu məbləğ  38,46 milyard avro təşkil edib.

 

Избранный
50
iqtisadiyyat.az

1Источники