RU

Əli Əsədov Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini Məhəmməd Əbdülsalamın diqqətinə çatdırıb

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov Müsəlman AğsaqqallarıŞurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Bu barədə Trend-ə NazirlərKabinetindən məlumat verilib.

Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda”şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitininəhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda dinlər, mədəniyyətlər vəsivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühümtədbirlər keçirilir.

Multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyattərzi olduğu bildirilərək fərqli etnik dəyərlərə, mədəniyyətlərə vədinlərə malik xalqların əsrlər boyu ölkəmizdə davam edən mehribanbirgəyaşayışının bunu təsdiq etdiyi vurğulanıb.

Müasir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığındövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi diqqətəçatdırılıb.

2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslamdünyasının mədəniyyət paytaxtı” elan olunması bütün İslam dünyasıtərəfindən Azərbaycana göstərilən böyük dəstəyin təzahürü kimiqiymətləndirilib.

Müsəlman Ağsaqqalları Şurasının Azərbaycanın İslam həmrəyliyinəverdiyi mühüm töhfələri, həmçinin ölkəmizin iqlim dəyişiklikləriilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirdiyibildirilib.

Məqalədə:
Избранный
22
24
az.trend.az

10Источники