RU

295 nömrəli məktəbdə Zəfər Günü qeyd olunub – FOTO

Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə 8 Noyabr Zəfər Günü münasibətilə “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib.

Doğru.az saytının məlumatına görə, tədbirdə Millət vəkilləri Aydın Mirzəzadə , Azər Allahverənov, EMEDİA GROUP rəhbəri Elşən Əliyev, şəhid məzunların valideynləri və bir çox dövlət idarəetmə orqanlarının nümayəndələri iştirak edib.

Tədbirdə məktəbin direktoru Dilarə xanım Cəbrayılova çıxış edərək Azərbaycanın zəfər yolundan , Ali baş komandanın gənclərə ünvanladıgı vətənpərvərlik haqqında tövsiyələrini vurgulayıb.

Millət vəkili Aydın Mirzəzadə şagirdlərə məktəblərdə yaradılan şəraitdən, Zəfər tarixini məhz müəllimlərin düzgün tərbiyə edib yetişdiryi məzunların sayəsində yazıldıgını qeyd etib.

Sonra millət vəkili Azər Allahverənov tədbir iştirakçılarına Azərbaycanın siyasi arenada rolundan və inkişaf strategiyasından bəhs edib.Maraqlı çıxışların sonunda tədbirdə iştirak edən şəhid məzunların valideynlərinə 295 nömrəli tam orta məktəbin kollektivi adından xatirə olaraq hədiyyə verilib.

DOĞRU.AZ

image-img-20241106-wa0374 image-img-20241106-wa0375 image-img-20241106-wa0373 image-img-20241106-wa0376

Избранный
36
dogru.az

1Источники