RU

Qurban Qurbanovun bağlı qapı arxasında dedikləri

İllərdir «Qarabağ»ın bir «mərəz»i var, ondan qurtula bilmirlər.

Demək, hər mövsüm hansısa komanda «Qarabağ» üçün «bərk qoz»a çevrilir.

Statistikanı qaldırıb baxın, görəcəksiz. Ki, hər il «x» bir komanda Qurban Qurbanovun futbolçularına başağrısı yaradıb, onu dörd duelin heç də hamısında uda bilməyiblər.

Bu il sıra «Turan Tovuz»dadır. «Qarabağ» cari sezonda yeganə məğlubiyyəti də Kurban Berdiyevin «qvardiya»sından alıb.

Suraxanıdakı matç 0:1 hesabıyla bitmişdi.

«Qarabağ» getdi Tovuza, 0:1-in revanşını almadı. Açığı, mən onlarda bu istəyi bir o qədər sezmədim.

Əşşi, hansısa ekçpertin rəyi məni maraqlandırmır. Mən gördüyümü deyirəm.

Gördüm ki, «Qarabağ» Tovuz səfərinə «boş» yollanıb. Zubir, Juninyo, Benzia kimi as fiqurantlar cani-dildən vuruşmadı, özlərini qorudular.

Süni meydan amili digər legionerləri də gözünü qorxutdu.

İkinci hissənin son 20 dəqiqəsində Toral Bayramovun cinah ötürməsinə 1 saniyə gecikən Aleksey Kaşukun epizodunu, həmçinin Emmanuel Addainin cərimə meydançasının önündən uzaq küncə yönətdiyi zərbə xaricində heç nə yadda qalmadılar.

Qurban Qurbanov həm 0:0-dan, həm də oyunun gedişindən razı qaldığını gizlətmədi. Qarşılaşmanı zədəsiz başa vurduqlarına görə daha çox sevindiyini isə özündə saxladı, söyləmədi.

Danışmağa qalsa, yəqin ki, o, artıq futbolçularına lazım bildiyi sözləri bağlı qapı arxasında dilə gətirib. Müdafiə xəttində yol verilən səhvlərə görə danlağı da.

ELXAN

Избранный
16
sportinfo.az

1Источники