RU

Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR - BU NƏDİ BELƏ?..

NaxçıvanNaxçıvan məktəblərində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulur. Onlara məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna yatırılacağı bidlrilib. Bu haqda “Gündəlik Naxçıvan”a maaşı kəsilən işçilər məlumat veriblər. Onlar deyirlər ki, bu göstəriş yerli təhsil nazirliyindən gəlib.Pulu kəsilən işçilər isə iddia edirlər ki, onların maaşları yardım bəhanəsi ilə nazirlikdəki yüksək vəzifəli məmurların ciblərinə gedir. Şərur məktəblərinin birində gözətçi işləyən Elxan Hüseynov deyir ki, etiraz edənlər işdən çıxmaqla hədələnirlər:“Bu dövlət nə günə qalıb ki, Qarabağı dirçəltmək üçün süpürgəçi və gözətçilərin puluna göz dikir. Yardım könüllü olmalıdır, məcburi yox. Mən şəxsən 5-10 manat könüllü yardım verərdim. Maaşımın tən yarısını kəsiblər az qala. 350 manat alırdım, bu ay 200 verdilər. Adımız gözətçi, xadimə olsa da demək olar ki, məktəbdə olan bütün fəhlə işlərini bizə gördürürlər. 10 ildən artıqdırki, məktəbdə gözətçi işləyirəm.Biz bilirik ki, yardım bəhanədir, bizdən kəsilən birbaşa nariz Elxan Nəcəfovun cibinə gedir. Onsuz da aldığımız maaşla çətinliklə dolanırdıq. Ailədə bir mən işləyirəm. Qalan 4 nəfər ailə üzvü də mənim əlimə baxır. Yoldaşım da şəkər xəstəsidir. Hər ay müəyyən qədər xərcim onun müalicəsinə çıxır. Etiraz edəndədə işdən çıxarmaqla hədələyirlər. Başqa iş də yoxdu deyə, məcbur olub, susuruq”.Naxçıvan şəhərində məktəblərdən birində xadimə işləyən G. Heydərova da maaşının azalmasından şikayətlənir:“Aldığımız minimum əmək haqqıdır. Bunu da bizə çox görürlər. Bütün günü də işdə saxlayırlar. Güya ki, Qarabağın quruculuğuna yardım edirlər. Naxçıvanda yüzlərlə məktəb, hər məktəbdə də bir neçə gözətçi və xadimə var. Bizdən kəsilən bu pulların hamısı yuxarıda bölüşdürülür.Eşitdiyimizə görə, bu işdə Fuad Nəcəflinin də əli var. Nazirlə birləşib, bizim pulumuza göz dikirlər. Biz kasıb adamlarıq, onsuz da zülümlə yaşayırıq. Ailə üzvlərimiz işləmir. Banklara borcumuz var. Bizim pulumuz necə yemək olar? Qorxuruq ki, bundan sonra maaşımızı həmişə belə verələr. Deyəndə də deyirlər ki, qane etmir işləmə. Son zamanlar da başlayıblar ixtisara. İşdən çıxararlar deyə qorxudan danışa da bilmirik”.

Избранный
22
yenisoz.az

1Источники