ABŞ bir sıra proqramlarına yenidən baxa və gözlənilməz qərarlar verə bilər.
Reyting.az-ın xəbərinə görə, xüsusilə raketlər və pilotsuz təyyarələr sahəsində son nailiyyətlər sayəsində hava silahlarından istifadə funksiyasına malik gizli bombardmançı təyyarə yaratmaq mümkün olur.
Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri planlarına və maliyyə imkanlarına yenidən baxaraq, 100-dən çox belə bombardmançı ala biləcəyi qənaətinə gəlsə, əlavə “B-21”-lər “dalana dirənmiş Növbəti Nəsil Hava Üstünlüyü Proqramı”nın missiyalarını üzərinə götürə bilər.
Xatırladaq ki, dünyada ilk altıncı nəsil qırıcısını yaratmaq nəzərdə tutulurdu. Hərbi Hava Qüvvələri rəhbərliyinin yayda bu proqramdan imtina etdiyi bildirilsə də, hər bir qırıcıya 300 milyon dollar xərclənəcəyi qənaətinə gəliblər ki, bu da “F-35 Lightning”-dən üç dəfə bahadır.
Altıncı nəsil qırıcı indiki təyyarələrdən daha uzağa uçacaq və daha çox raket daşıyacaq. Həmçinin Hərbi Hava Qüvvələrinin hazırladığı yeni süni intellektlə idarə olunan qırıcı dronlarla radio vasitəsilə əlaqə saxlayacaq.
Britaniya mətbuatı yazır ki, “B21” bombardmançıları minlərlə kilometr məsafəni qət etmək, tonlarla döyüş sursatı daşımaq və yaxınlıqdakı dronlarla təhlükəsiz şəbəkə vasitəsilə əlaqə saxlamaq iqtidarındadır.