Rusiya liderinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə ABŞ prezidentliyinə namizəd Donald Trampın, ilkin məlumatlara görə, artıq qalib gəlmək üçün lazım olan 270 səsdən 267-ni toplayan telefon danışığı ehtimalını dəyərləndirib.
“Putin dialoqa açıqdır. Onun mövqeyi bütün dünyada tanınır. Qalanı isə gözləyək”, – Peskov Putinin Trampın çağırışına cavab vermə ehtimalını şərh edərkən deyib.
Bununla belə, o əlavə edib ki, Putinin Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etmək planlarından xəbəri yoxdur.
Sentyabrın sonunda Tramp Nyu-Yorkda Vladimir Zelenski ilə görüşündə Putinlə çox yaxşı münasibətlərinin olduğunu xatırladıb.
DOĞRU.AZ