RU

Qurani-Kərimi yandıranın cəzası BƏLLİ OLDU

Rasmus Paludan 2022-ci ildə Pasxa bayramı zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq və Stokholm şəhərlərində Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlarını davam etdirib. Paludanın dayandırılmasını istəyən nümayişçilər yollarda təkər yandırıb, polisə daşla hücum ediblər. Hadisələr zamanı 104 polis əməkdaşı və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılaraq məhv edilib.

News24.az xəbər verir ki, Qurani-Kərimi yandıran və müsəlmanları təhqir edən danimarkalı ifrat sağçı Rasmus Paludanın məhkəməsində hökm elan olunub. 

Malmö Rayon Məhkəməsindən verilən açıqlamada, 4 ay həbs cəzasına məhkum edilib.

Onu da qeyd edək ki, fərqli şəxslər və qurumlar tərəfindən Qurani-Kərimi və müsəlmanları təhqir etdiyi üçün Paludana qarşı nifrət cinayəti işi açılıb.

Günel Məlikzadə

Избранный
42
1
news24.az

2Источники