Bişkek. Trend:
Qazaxıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrarasında maliyyə və investisiya sahəsində əməkdaşlığıngenişləndirilməsinin vacib olduğunu hesab edir.
Trend xəbər verir ki, bunuQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bişkekdəkeçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət BaşçılarıŞurasının iclasında çıxışı zamanı bildirib.
"Bu məsələdə Türk İnvestisiya Fondu xüsusi rol oynaya bilər.Tərəflər Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsünüyekdilliklə dəstəklədilər", - o qeyd edib.
Qazaxıstan Prezidenti, həmçinin, insan kapitalının inkişafınınvacibliyini vurğulayıb.
"Türk sivilizasiyasının modernləşdirilməsi üçün insanresurslarından effektiv istifadə etmək lazımdır. Gənc nəslinpotensialını açmaq üçün imkanlar yaratmaq lazımdır. Elm və təhsilsahəsində əməkdaşlıq sahələrini genişləndirmək vacibdir", - obildirib.
Dövlət başçısı imzalanacaq "Rəqəmsal iqtisadiyyat sahəsindəəməkdaşlıq haqqında" Sazişin TDT ölkələri üçün böyük əhəmiyyətdaşıdığını qeyd edib.
O, həmçinin, türk dünyasının vahid informasiya məkanınınyaradılması üçün kabel telekanallarının qarşılıqlı yayımınıntəşkilini təklif edib.
Son olaraq, Prezident Kasım-Jomart Tokayev, bugünkü sammitçərçivəsində əldə ediləcək razılaşmaların TDT üzv ölkələrininpotensialını gücləndirəcəyinə əminliyini bildirib.