RU

"Bakı Fond Birjası"nın dövriyyəsi kəskin artıb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 50 milyard 333 milyon 701.4 min manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə çoxdur.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 63%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 2% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 277% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 7805% artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 mlrd. 78 mln. 841.2 min manat təşkil edib və ötən ilin müvafiq dövrünün son ticarət günü ilə müqayisədə 21.6% artım qeydə alınıb.

Избранный
29
2
apa.az

1Источники