RU

Donald Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verə bilər - Azər Qarayev

Bakı. Trend:

Donald Trampın prezident seçilməsi Azərbaycan-ABŞmünasibətlərinin inkişafına təkan verə bilər.

Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev deyib.

"ABŞ-də prezident seçkilərində Donald Trampın qalib gələcəyigözlənilən idi. Çünki bu ölkənin xalqı Demokratlar Partiyasınınrəhbərliyi altında reallaşdırılan siyasətdən çox yorulmuşdu. Beləki, son dövrlər ABŞ çox aqressiv xarici siyasət həyata keçirərək,digər dövlətlərin daxili işlərinə müdaxilə edirdi.

Donald Trampı seçərək, bu ölkənin xalqı Birləşmiş Ştatlardankənardakı deyil, məhz ölkə daxilindəki problemlərin həllinə ümidedir. Bayden administrasiyası dövründə ABŞ-nin xarici siyasətigeniş şəkildə müzakirə mövzusu idi, çünki amerikalılar ölkənindigər dövlətlərin işinə həddindən artıq müdaxilə etdiyinidüşünürdü. Buraya Ukraynaya dəstək, Çinlə rəqabət, Yaxın Şərqdədavamlı mövcudluq və hətta Azərbaycan-Ermənistan münasibətlərinəmüdaxiləni də aid etmək olar.

Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda çıxışızamanı bildirdiyi kimi, bizim Respublikaçılar hakimiyyəti ilə dahanəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimizolub:

"Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzərsalsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampınprezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Buəməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlıdəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi". Bu səbəbdən dəgözləmək olar ki, Donald Trampın prezidentliyi Azərbaycan-ABŞmünasibətlərinin inkişafına yeni təkan verəcək", - deyə A.Qarayevbildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin seçkilərin nəticələrinin bəlli olmasından dərhalsonra Donald Trampı təbrik etməsi də xüsusi önəm kəsb edir.

"Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Donald Trampbirinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlararasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə,əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırıb.Prezident İlham Əliyev, həmçinin, Donald Trampın yeni prezidentlikdövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərindaha da möhkəmlənəcəyinə inandığını qeyd edib", - deyə A.Qarayevbildirib.

A.Qarayev əlavə edib ki, Donald Trampın daha öncə biznesləməşğul olduğu, öncəki prezidentlik dövründə iqtisadi məsələlərəxüsusi diqqət ayırdığı da nəzərə alınarsa, onun administrasiyasınınAzərbaycanla ticarət və iqtisadi əməkdaşlığı artırmaq üçün açıqolacağını gözləmək olar.

"Bu, ABŞ şirkətlərinin Azərbaycan bazarında daha aktiviştirakını təmin edə, texnologiya və infrastruktura dair ortaqlayihələrin inkişafına yol aça bilər. Yəni daha öncəkiadministrasiyasının müharibələr, aqressiv xarici siyasət və digərdövlətlərin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışmaqlaməşğul olduğunu qeyd etsək, Donald Trampın prezidentliyi dövründəABŞ ilə Azərbaycan diqqətlərini inkişafa, yeni layihələrinicrasına, iqtisadi irəliləyişə və hər iki ölkənin tərəqqisinəyönəldə bilərlər", - A.Qarayev əlavə edib.

Избранный
30
1
az.trend.az

1Источники