RU

“Ümid edirəm ki, “Qarabağ” özünə uyğun üslubda çıxış edər və qolları sıralayar” – Vüqar Nadirov

Sabah “Qarabağ” Avropa Liqasının 4-cü turunda “Bude/Qlimt”in qonağı olacaq. Norveç səfəri ağdamlılar üçün çox önəmlidi. Hətta bəlkə də sabah “tamam, yoxsa davam” sualına cavab tapılacaq.

Bəs “Qarabağ” bu rəqibdən xal ala bilərmi? Ağdam təmsilçisinin veteran futbolçusu Vüqar Nadirov “Football-plus.az”ın sualına belə cavab verdi:

“Bude/Qlimt”in sonuncu dəfə “Molde” ilə qarşılaşmasına baxmışdım. Oyun 3:3 bitmişdi. Amma komanda barədə tam məlumatım yoxdu.Deyə bilmərəm ki, güclüdü, yoxsa zəif. Amma "Qarabağ"a da mütləq şəkildə xal lazımdı. Ümid edirəm ki, bu oyunda Azərbaycan xalqını sevindirərlər. Öncədən oyun barədə ətraflı şərh verməyə dəyməz. Qurban müəllim özü hər şeyi bilir. Ümid edirəm ki, “Qarabağ” özünə uyğun üslubda çıxış edər və qolları sıralayar. Komandaya xal lazımdı. Xal gələndən sonra, məncə, hər şey düzələcək. Yəni növbəti mərhələyə çıxa biləcəklərinə inanıram”.

Xatırladaq ki, oyun saat 21.45-də başlayacaq.

RÖYANƏ OĞUZ
Избранный
21
football-plus.az

1Источники